Yatanlara görə həyəcan yaşandı
30 iyul 2014 10:20 (UTC +04:00)

Yatanlara görə həyəcan yaşandı

0

Bakının Nəsimi rayonunda yatan şəxslərə görə xilasetmə əməliyyatı həyata keçirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə 112 xidmətinə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat 01:26-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 876

Oxşar yazılar