Şəmkirdə yaşlı kişi sirkə turşusundan zəhərlənib
Şəmkirdə zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini 1953-cü il təvəllüdlü İsfəndiyar Quliyev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, İ. Quliyev onkoloji xəstəlikdən əziyyət çəkir. O ağrılara dözməyərək intihar məqsədi ilə sirkə turşusu içib.