Bakıda intihar hadisəsi baş verib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Yeni Yasamal, ev 6E ünvanında qeydə alınıb. 24 yaşlı Nərminə Şahin qızı Seyfullayeva həmin ünvanda yerləşən binanın 17-ci mərtəbəsində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.