Yaponiyanın baş naziri iyunun 12-də İrana rəsmi səfər edəcək
Yaponiyanın baş naziri Sinzo Abe iyunun 12-də İrana rəsmi səfər edəcək.
APA İRNA-ya istinadən xəbər verir ki, səfər üç gün davam edəcək.
Məlumata görə, Sinzo Abenin səfəri Yaponiya liderləri tərəfindən son 40 ildə İrana edilmiş ilk səfər olacaq.
Bildirilir ki, Yaponiya baş naziri səfərzamanı İran və ABŞ arasındakı gərginliyə son qoyulması üçün vasitəçi rolu oynayacağına ümid edir.
Səfər zamanı S.Abe İranın Ali lideri Ayatolla Xamneyi və prezident Həsən Ruhani ilə görüşlər keçirəcək.
444