Bakıda transformator oğrusu həbs edilib. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Belə ki, yanvarın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini Gülnarə İsmayılovaya məxsus Qala qəsəbəsi C. Mustafayev küçəsində yerləşən bağ evinin həyətindən kombi və transformator oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sakit Həsənov tutulub.