16 ölü, 54 yaralı...- YENİLƏNİR
19 may 2015 15:49 (UTC +04:00)

16 ölü, 54 yaralı...- YENİLƏNİR

Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olan son məlumatlara əsasən, 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 –nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

 

Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. 

 

Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.

 

15:27

 

Bu saata olan son məlumatlara əsasən, yanğnda ölənlərin sayı 15 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 64 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 

***

 

14:30

 

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Daha çox yaralı Toksikologiya Mərkəzinə yerləşdirilib. 9 nəfərə yerində yardım göstərilib. 

 

 

***

 

14:05

 

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 6-ya çatıb. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 20 nəfər xəstəxanalara aparılıb. 6 nəfərə isə yerində yardım edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21