Yanan binada təmir-bərpa işlərinə başlanılıb
22 may 2015 10:12 (UTC +04:00)

Yanan binada təmir-bərpa işlərinə başlanılıb

0
Bakının Binaqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binada təmir-bərpa işlərinə start verilib.

 

APA-nın məlumatına görə, bu gün səhərdən binanın yanmamış hissənin poliuletan üzlüyünün sökülməsinə başlanılıb.

 

Qeyd edək ki, mayın 19-da baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Binanın təmir-bərpası barədə qərar qəbul edilib, Nazirlər Kabineti bu işlər üçün 3 milyon manat ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar