Xoyski prospektində hərəkət məhdudlaşdırılacaq
25 may 2015 14:36 (UTC +04:00)

Xoyski prospektində hərəkət məhdudlaşdırılacaq

0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

 

ASC-dən Lent.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək F.Xoyski prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 167

Oxşar yazılar