Xırdalanda mağaza, Qaradağda mühafizə köşkü yandı
Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan mühafizə köşkü yanıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Abşeron rayonunun Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan ayaqqabı mağazasının lambirdən ibarət tavanı 8 m2 sahədə və içərisində olan ayaqqabılar qismən yanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.
165