Xırdalanda kişi keçmiş arvadını bıçaqladı
02 iyun 2016 01:05 (UTC +04:00)

Xırdalanda kişi keçmiş arvadını bıçaqladı

0

Abşeron rayonunda qanlı hadisə baş verib.

 

APA-nın məlumatına görə, ər keçmiş həyat yoldaşını bıçaqlayıb.

 

Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində baş verib. 28 yaşlı Şəbnəm Sərvər qızı Mürşüdova yaşadığı evdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Qanlı hadisə barədə polis məlumat verilib. Abşeron polisi hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisənin baş vermə səbəbləri aparılacaq istintaq zamanı bəlli olacaq.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar