Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 20:15-də başa çatıb.