Xəzər rayonunda yanğın olub
08 iyul 2018 17:40 (UTC +04:00)

Xəzər rayonunda yanğın olub

Bu gün Bakı şəhərinin Xəzər rayonunda yanğın qeydə alınıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, yaxınlıqdakı əraziyə yığılmış taxta tullantıları 100 m² sahədə, üzüm tənəkləri və quru ot 500 m² sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar