Xətaidə idarəetməni itirən sürücü qəza törətdi
24 aprel 2015 03:45 (UTC +04:00)

Xətaidə idarəetməni itirən sürücü qəza törətdi

Xətai rayonunda yüksək sürət yol qəzasına səbəb olub. Lent.az –ın   məlumatına görə, Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönən zaman "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcını göstərən nişana daha sonra isə, bordürə çırpılıb. Qəza zamanı sürücü avtomobildə tək olub. Avtomobil yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü heç bir xəsarət almayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Sürücü ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar