Xətai rayonunda 2 avtomobil toqquşub, yaralılar var
16 avqust 2019 03:27 (UTC +04:00)

Xətai rayonunda 2 avtomobil toqquşub, yaralılar var

0
 
 
 
Bakıda "Xəzər" televiziyasının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində ana və qızı - 1986-cı il təvəllüdlü Nəsirova Aytəkin Zöhrab qızı, onun övladı 2007-ci il təvəllüdlü Nəsirzadə Nəsrin Zaur qızı yaralanıb.
 
APA-nın xəbərinə görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 
 
A.Nəsirovaya burunun açıq sınığı, N.Nəsirzadəyə isə üzün və dodaqların kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 989

Oxşar yazılar