“Üzüm keyiyib, artıq yemək yeyə bilirəm. Danışmağa da çətinlik çəkirəm”. Bu sözləri Lent.az-a Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. O bildirib ki, vəziyyəti günü-gündən ağırlaşır: “Özümü çox pis hiss edirəm. Türkiyəyə getdim, gəldim. Amma xeyri olmadı. İndi tək başıma həyatla mübarizə aparıram. Artıq yerimdən qalxa bilmirəm. Heç kim mənimlə maraqlanmır. Bir ümidim Allahadır. Hər gün dua edirəm. Dua edirəm ki, yaxşı olum. Çünki mənim üçün yaşayan qoca anam və körpə qızım var”.
Əməkdar artist daha sonra bildirib ki, həftənin birinci günü Milli Onkoloji Mərkəzə yerləşdiriləcək: “Ev şəraitində müalicə olunuram. Amma görürəm ki, müsbətə doğru nəsə getmir. Ona görə xəstəxanaya gedəcəm”.
Xatırladaq ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.