Xaçmazda velosipedçini maşın vurdu
07 may 2015 00:42 (UTC +04:00)

Xaçmazda velosipedçini maşın vurdu

0

Lent.az-ın məlumatına görə, hadisə  Xaçmaz rayon Niyazabad yolu istiqamətində qeydə alınıb. 42 yaşlı Xaçmaz rayon sakini Elxan İsabalayevin idarə etdiyi “VAZ 21012” markalı avtomaşın velosipedçini vurub. Nəticədə velosipedçi 52 yaşlı Xaçmaz rayon sakini Arif Xalıqov xəsarət alıb. O,  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Qəzanın dəqiq baş vermə səbəbləri avtotexniki və tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Vəli Turan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar