<b>Əxlaqsızlıq yuvasında 2 qadın aşkarlandı <span style="color:red;">- ƏMƏLİYYAT </b>
31 iyul 2018 11:18 (UTC +04:00)

Əxlaqsızlıq yuvasında 2 qadın aşkarlandı - ƏMƏLİYYAT

Xaçmazda əxlaqsız yuva aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar