APA-nın şimal bürosunun verdiyi məlumata görə, Z.Xeyirovun qətlində şübhəli bilinən Qusar rayon sakini Nazim Zəkərayev hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub.
Qətlin törədilməsində şübhəli bilinən digər Qusar rayon sakini Radik Məmmədovun isə axtarışları davam etdirilir.
Qeyd edək ki, okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu müəyyən olunub.
Hadisədən bir sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini Zamiq Xeyirov olması, qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsinin müəyyən edilməsi barədə məlumat yayıb.
Faktla bağlı istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.