Vladimir Putin Ukrayna hakimiyyətini ittiham edib
01 iyul 2014 17:49 (UTC +04:00)

Vladimir Putin Ukrayna hakimiyyətini ittiham edib

0

Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətini jurnalistləri sıxışdırmaqda ittiham edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin rusiyalı diplomatlarla görüşdə bildirib ki, Kiyev Ukraynada peşə borcunu yerinə yetirən media nümayəndələrini sıxışdırmaq üçün məqsədyönlü iş aparır.

 

“Jurnalistlərin qətlə yetirilməsi yolverilməzdir. Mən bunu Ukrayna prezidenti ilə telefon söhbəti zamanı bir daha təkrarladım”, - deyə o vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar