Vidadi Zeynalovun həbs müddəti uzadıldı
26 yanvar 2016 10:51 (UTC +04:00)

Vidadi Zeynalovun həbs müddəti uzadıldı

0

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti uzadlılıb.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə V.Zeynalovun vəkili Muğan Əliyev açıqlama verib. Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.

 

V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apellyasiya şikayəti vermək fikri yoxdur: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

 

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar