VHP üzvünə hökm oxunub
04 iyul 2014 16:16 (UTC +04:00)

VHP üzvünə hökm oxunub

0

Vətəndaş Həmrəyli Partiyasının (VHP) həbsdə olan üzvü Ömər Məmmədov  hökm oxunub. APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ö. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ö. Məmmədov  yanvarın 24-də  Bakıda saxlanılıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” Hərəkatını təsis edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 704

Oxşar yazılar