Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin müfəttişi vəzifəsində işləyən Vazeh Musayev istintaqa cəlb edilib.
ONA-nın xəbərinə görə, onun barəsində cinayət işi başlanıb. V. Musayev dələduzluqda və rüşvət verməkdə təqsirli bilinərək, istintaqa cəlb edilib.
Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.