Vəzifəli şəxs yol qəzasında öldü, xanımı ağır yaralıdır
09 iyul 2018 17:32 (UTC +04:00)

Vəzifəli şəxs yol qəzasında öldü, xanımı ağır yaralıdır

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. 

 

Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.

 

 

Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.


Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

APA Baycan

Oxşar yazılar

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

21 iyun 2024 , 21:48
Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

21 iyun 2024 , 20:27
Kərim Kərimov  özünü ASDI

Kərim Kərimov özünü ASDI

21 iyun 2024 , 19:31
Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

21 iyun 2024 , 19:26
Qubada  çay daşdı,   evlərə ziyan dəydi

Qubada çay daşdı, evlərə ziyan dəydi

21 iyun 2024 , 19:10
Ağdaşda FACİƏ:   azyaşlı kanalda boğuldu

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

21 iyun 2024 , 18:59
Şəkidə uşaq bağçasında 105 min manatlıq  mənimsəmə

Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə

21 iyun 2024 , 17:07
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

21 iyun 2024 , 17:04