Vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Oyunları Əməliyyat Komitəsinə olublar
02 iyun 2015 16:35 (UTC +04:00)

Vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Oyunları Əməliyyat Komitəsinə olublar

0

Bu gün "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində iş şəraiti, görülən işlərlə yaxından tanış olub.

 

APA-nın xəbərinə görə, ümumi tanışlıqdan sonra koalisiyanın koordinatorları Rufiz Qonaqov və Aydın Quliyev, koalisiyanın ekspertləri Rəfail Becanov və Elman Nəsirov Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla görüşüblər. Elçin Səfərov Əməliyyat Komitəsinin fəaliyyəti, hazırlıq mərhələsinin yekunlaşması, ölkə vətəndaşlarının və xarici qonaqların bu idman bayramına xüsusi həvəs göstərmələri, biletlərin satışı və digər məsələlərlə bağlı koalisiyanın nümayəndə heyətinə geniş məlumat verib. Elçin Səfərov bildirib ki, dövlət və hökumət başçılarının oyunların açılışında iştirakı bu oyunların əhəmiyyətinin xüsusi göstəricisidir. 12 mindən artıq könüllü prosesdə iştirak edir.

 

Daha sonra Elçin Səfərov idmançıların yerləşəcəyi Atletlər kəndi, jurnalistlər üçün yaradılan şərait, media mərkəzinin fəaliyyəti haqqında da "Bakı 2015: Avropa Oyunlarına Dəstək"  Vətəndaş Cəmiyyəti Koalisiyasını məlumatlandırıb.

 

Rufiz Qonaqov  koalisiyanın fəaliyyəti və məqsədləri, gördüyü işlərlə bağlı Əməliyyat Komitəsinin korporativ direktoruna geniş məlumat verib. Bildirib ki, koalisiyada ölkənin 100-dən artıq aparıcı media və QHT rəhbərləri təmsil olunur.

 

Aydın Quliyev koalisiyanın Avropa Oyunları ilə bağlı apardığı təbliğat kampaniyasının əhəmiyyətindən danışıb.

Ekspert Rəfail Becanov Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən, bu oyunların ölkəmizə gətirdiyi  dividentlərdən, eyni zamanda Avropanın da bu oyunlardan böyük fayda götürəcəyindən söhbət açıb.

Ekspert Elman Nəsirov isə bu oyunların beynəlxalq əhəmiyyətinə toxunub.

 

Daha sonra BEGOC-un bilet satışı şöbəsinin rəhbəri  Mirjam Bogataj oyunlara satılan biletlərlə bağlı məlumat verib. Bildirib ki, nəzərdə tutulan biletlərin 80%-dən çoxu satılıb. Oyunlara maraq həm xarici ölkə vətəndaşları, həm də yerli əhali arasında çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar