Vaqif Arzumanlı Xudatda dəfn olunub
10 iyul 2014 14:10 (UTC +04:00)

Vaqif Arzumanlı Xudatda dəfn olunub

0

Professor Vaqif Arzumanlı dəfn olunub.

 

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Asif Rüstəmlinin APA-ya verdiyi məlumata görə, V.Arzumanlı öz vəsiyyəti ilə Xudatdakı “Şıxlar” qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Sabir Rüstəmxanlı və Ədəbiyyat İnstitutunun kollektivi iştirak edib.

 

Qeyd edək ki, V.Arzumanlı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, iyulun 9-da Nabrandakı bağ evində vəfat edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 981

Oxşar yazılar