Uşağı it dişlədi
14 iyun 2018 22:43 (UTC +04:00)

Uşağı it dişlədi

Qaxda uşağı it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 17 radələrində rayonun Qaxmuğal kənd sakini 2009-cu il təvəllüdlü Damaday Mübariz oğlu Səmədov it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirlib ki, 9 yaşlı Damaday Səmədovun anasının verdiyi məlumata əsasən, oğlu məktəbdə keçirilən son zəng tədbirindən çıxıb rayonun Şotavar kəndində yaşayan xalası gilə gəzməyə gedib. Xalasıgilin iti həyətdə Damadaya hücum edərək onun sol ayağının baldır nahiyəsindən dişləyib. Damaday Səmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar