Gəncədə oğurluq etmiş şəxs tutulub. Lent.az-ın məlumatına görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Gəncə Texnologiya Universitetinin inzibati binasındakı Tələbə Gənclər Təşkilatının otağından 2 ədəd noutbuku oğurlamış şəxs müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Samir Bağırov tutulub.
Yaxalanan şəxsin başqa əməllər törədib-törətməməsi araşdırılır.