Ukrayna Jirinovskini, Zyuqanovu və Mironovu axtarışa verib
Ukrayna DİN rusiyalı siyasi xadimlər Sergey Mironov, Vladimir Jirinovski və Gennadi Zyuqanov barəsində axtarış elan edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat qurumun saytında dərc olunub.
Qeyd edək ki, ötən şənbə Ukrayna DİN Baş İstintaq İdarəsi bir qrup Rusiya vətəndaşlarının Ukrayna ərazisində qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsində və yaradılmasında şübhələndiyini elan edib.
Məlumatda bildirilir ki, Jirinovski, Zyuqanov və Mironovun çağırılması və şübhəli şəxs qismində ifadə vermələri üçün barədə Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabova məlumat verilib.
879