Üçüncü mərtəbədən yıxılan kişi ölüb
12 iyun 2014 00:34 (UTC +04:00)

Üçüncü mərtəbədən yıxılan kişi ölüb

0
Abşeron rayonunda tikilməkdə olan üç mərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Veysəlov yıxılaraq, 2-ci mərtəbədə betona çırpılıb və aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Onlar H.Veysəlovun cəsədini 2-ci mərtəbədən düşürərək, aidiyyəti üzrə təhvil verib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 767

Oxşar yazılar