Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB
05 noyabr 2013 10:13 (UTC +04:00)

Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB

Ucarda nəzarətsiz qalan azyaşlının ölümünün səbəbi açıqlanıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ramal kəndində baş verib. 

 

Kəndə işləməyə gələn Bakı şəhər sakini, 46 yaşlı Gülnarə Qurbanova özü ilə 3 yaşlı nəvəsi Qurbanov Şahin Rasim oğlunu gətirib. Kirayə qaldıqları Məsud İbrahimova məxsus evdə bir anlıq azyaşlını nəzarətsiz qoyan nənə onun yoxa çıxdığını görüb.  Təxminən 20 – 25 dəqiqə qonşuları ilə birlikdə uşağı axtardıqdan sonra onun meyitini həyətdəki 1 metr dərinlikdə olan su hovuzundan tapıb.

 

Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ş.Qurbanov ehtiyatsızlıqdan ölüb. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615
avatar

Oxşar yazılar