Üç nəfəri it dişlədi
27 mart 2018 20:42 (UTC +04:00)

Üç nəfəri it dişlədi

0

Şəkidə biri azyaşlı olmaqla üç nəfəri sahibsiz it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Aşağı Göynük kənd sakini, 2014-cü il təvəllüdlü İsmayıl Əfqan oğlu Əliyev, Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü Fikrət Abdulla oğlu Abdullayev və Baş Laysqı kənd sakini 1997-ci il təvəllüdlü Vüqar Elçin oğlu Əhmədov it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

 

MRX-dan APA-ya verilən məlumata görə, müayinə hər üç şəxsin yaşadıqları ünvanlarda küçədə sahibsiz itin hücumuna məruz qalması məlum olub. 4 yaşlı İsmayıl Əliyevə hücum edən it onun  bədəninin çox hissəsinin yumşaq toxumalarını dişləmək və cırmaqlamaqla ciddi xəsarətlər yetirib. Fikrət Abdullayevə sol ayağının diz, Vüqar Əhmədova isə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub. Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar