Tüstüdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb
19 may 2015 13:46 (UTC +04:00)

Tüstüdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb

0

 

Bakıda yanğın baş verən binadan 8 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə gətirilib.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, onlardan 2-si uşaqdır. Digər zərərçəkənlərin isə 3-ü kişi, 3-ü qadındır. Onların 8-nin də vəziyyəti orta-ağırdır.

 

Qeyd edək ki, baş prokuror Zakir Qaralov hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 185

Oxşar yazılar