Xəbər verildiyi kimi, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Fövqəladə Hallar NazirliyindənAPA-ya verilən məlumata görə, bununla əlaqədar, qurumun "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşüb.
***
12:40
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılıb. Lent.az-ın FHN-in saytında istinadən məlumatına görə, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza dekabrın 4-də baş verib.