Əfqanıstanın paytaxtı Kabildə türkiyəli iş adamlarına qarşı hücumlar başlayıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, martın 5-də Kabildə naməlum şəxslər Osman Kaya adlı biznesmenə məxsus olan “Bazaar” adlı ticarət evinə basqın edib. Silahlı şəxslər tərafa atəş açaraq Yusuf və İbrahim adlı iki Türkiyə vətəndaşını qətlə yetirib. Obyektin sahibi və daha bir nəfər isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Eyni saatlarda Kabildəki Türkiyə şirkətlərindən birinin ofisinə də basqın təşkil edilib. Buradan bir Türkiyə vətəndaşı naməlum istiqamətə qaçırılıb. Hadisə vaxtı ofisi mühafizə edən əfqan polis yaralanıb.
Bu olaylardan sonra Əfqanıstandakı Türkiyə vətəndaşları gərginlik içindədir. Türkiyənin bu ölkədəki səfirliyi və müvafiq orqanlar araşdırmalar aparır.