ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla keçiriləcək sammitin KXDR-ə “işıqlı gələcək” təmin edəcəyini bildirib.
“Ümid edirəm ki, görüş Şimali Koreya üçün işıqlı gələcəyin başlanğıcı olacaq”, - deyə D.Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, ABŞ-KXDR sammitinin iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.