Quba rayonunun Qımılqazma kəndində “Belarus” markalı traktor aşıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.