Toya hazırlaşan bəyin həyətindən çətənə kolları aşkarlanıb
28 iyun 2014 03:55 (UTC +04:00)

Toya hazırlaşan bəyin həyətindən çətənə kolları aşkarlanıb

0
Xəzər Rayon Polis əməkdaşları öz həyətində külli miqdarda narkotik maddə sayılan çətənə kolunu əkib becərən rayon sakinini saxlayıblar.

 

APA TV-nin məlumatıan görə, aparılan əməliyyat zamanı rayon sakini 1985-ci il Səfərov Yusif Albert oğlu saxlanılaraq polis idarəsinə gətirilib.

 

İlkin dindirilmə zamanı o narkotik alüdəcisi olduğunu və özü istifadə etmək üçün həyətdə çətənə kolu becərdiyini etiraf edib. Saxlanılan şəxs eyni zamanda bildirib ki, yaxın günlərdə toyu olacaqmış.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1180

Oxşar yazılar