Tovuzda dəhşətli qətl
26 aprel 2015 13:55 (UTC +04:00)

Tovuzda dəhşətli qətl

0

Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

 

Lent.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, 43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıb. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.

 

Qətlin kim, yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar