Tovuzda 3 otaqlı evdə yanğın baş verib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, İbrahim Hacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m2sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub.