Tovuzda zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çobansıxnaq kənd sakini, 1948-ci il təvəllüdlü Həsənov Cavanşir Abbasəli oğlu zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C.Həsənov pomidor yedikdən sonra zəhərlənib.