Tərtər sakinləri polis tərəfindən saxlanılıb
26 aprel 2016 12:16 (UTC +04:00)

Tərtər sakinləri polis tərəfindən saxlanılıb

0

Bakıda soyğunçuluq əməli törətmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 24-də Nəsimi rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini N.Abdullayevi döyüb pulunu və sənədini alıb.

 

Nəsimi RPİ  19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakinləri Şahlar Əsgərov və Samir Mehdiyev tutulub.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar