Təbii qaza tətbiq edilən limit ARTIRILDI
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxıb.
ONA-nın məlumatına görə, bu gün sözügedən məsələ ilə bağlı keçirilən iclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.
Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.
2455