Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı dizayner Rüfət İsmayıl özünəməxsus brendə aid çimərlik geyimlərini nümayiş etdirib. Lent.az-ın məlumatına görə, həmin geyimləri R.İsmayılla birgə Əli Bəxtiyarov hazırlayıb. Dizaynerin sözlərinə görə, kişi çimərlik geyimləri idman üslubundadır.
Qeyd edək ki, dünyanın tanınmış modelləri bu çimərlik geyimlərində foto-kameralar önünə keçərək, fotosessiya etdiriblər. Onların sırasında tanınmış modellər İşa Blaker və Simon Adde də yer alıb.