Tanınmış aktyor qəzaya düşüb
04 avqust 2014 11:35 (UTC +04:00)

Tanınmış aktyor qəzaya düşüb

0

Bakı Bələdiyyə Teatrının tanınmış aktyoru İlqar Musayev avtomobil qəzasına uğrayıb.  Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, avtomobilin idarə etdiyi 90-HV-733 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil 90-VN-826 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülərdən heç biri ciddi xəsarət almasa da, aktyor qolunda ağrılar hiss etdiyini bildirib: “Həyətdən təzəcə çıxıb çəkilişə gedirdim. O biri sürücü elə bil ki, təyyarə sürürdü. Qolumda möhkəm ağrılar var. İndi rentgendəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2316

Oxşar yazılar