Taksi sürücüsünü ölümlə hədələdi, polislər yaxaladı
23 mart 2017 14:44 (UTC +04:00)

Taksi sürücüsünü ölümlə hədələdi, polislər yaxaladı

Ağcabədi rayon sakinindən narkotik vasitə və soyuq silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 21-də Ucar rayon sakini Əlvan Əliyev Zərdab RPŞ-yə müraciət edərək həmin gün idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturan Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ehtiram Balakişiyevin onu bıçaqla öldürəcəyi ilə hədələməsini bildirib.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Balakişiyev saxlanılıb, ondan 1 bıçaq və 135 qram marixuana götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84
avatar

Oxşar yazılar