İnzibati Xətalar Məcəlləsinə dəyilişlik edilib. Lent.az-ın məlumatına görə, dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdirilməlidir. Belə ki, bundan sonra inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 1 gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, dəyişiklərdən əvvəl məlumatların istifadəçinin elektron kabinetində yerləşdirilməsi müddəti 1 ay müəyyən edilmişdi.