Suriyada döyüşmüş Azərbaycan vətəndaşı həbs edilib
03 sentyabr 2014 18:44 (UTC +04:00)

Suriyada döyüşmüş Azərbaycan vətəndaşı həbs edilib

 Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib.

 

APA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar