Suriyada döyüşən 5 Azərbaycan vətəndaşı həbs edilib - YENİLƏNİB
17 iyun 2014 16:50 (UTC +04:00)

Suriyada döyüşən 5 Azərbaycan vətəndaşı həbs edilib - YENİLƏNİB

0

 

 

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.


 

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər.   

 

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2733

Oxşar yazılar