Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyadan ibarət köşk yanıb.
Yanğın zamanı tüfeyli həyat tərzi sürən, şəxsiyyəti məlum olmayan (40-45 yaşlı kişi) bir nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən aidiyyatı üzrə aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.