Səhər saatlarında Bakıda avtobus aşıb. Lent.az-ın milli.az-a istinadən məlumatına görə, Suraxanı rayonu ərazisində 90 BK 875 dövlət nömrə nişanlı avtobus yoldan çıxaraq çevrilib.
Bildirilir ki, avtobusun sürücüsü sərxoş vəziyyətdə olub. Yoldan keçənlər sürücüyə yaxınlaşaraq ona kömək etmək istəyiblər. Lakin qan içərisində olan sürücü onları söyərək qovub.